Главная > Ölkə > Sabaha olan HAVA PROQNOZU
Sabaha olan HAVA PROQNOZU1-05-2018, 14:27. |
Sabaha olan HAVA PROQNOZUMayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Вернуться назад |