Главная > Region > Astaranın icra başçısı dördəmlərin pulunu mənimsəyib-FOTO

Astaranın icra başçısı dördəmlərin pulunu mənimsəyib-FOTO


7-02-2016, 23:31.
Qəzənfər Ağayev 4 uşaq dünyaya gətirən valideynlərə ayrılmış 46 min manatı özünə xərcləyib 

Astara rayonunun Miki kəndində kasıb bir ailənin dördəm uşaqları dünyaya gəlib. JAM.AZ «Azadlıq» qəzetinin hazırda mühacirətdə yaşayan baş redaktoru Qənimət Zahidin Facebookda yaydığı məlumata istinadən xəbər verir ki, valideynlərin kasıb olması və belə hallara nadir rastlanması səbəbindən ölkənin hər yerində olduğu kimi, Astarada da İcra Hakimiyyəti onlara mənzil alınması və yardım edilməsi məqsdədiylə pul ayırıb. 

Amma… İşin amması odur ki, rayonun icra başçısı Qəzənfər Ağayev özü ayırdığı 46 min manatın bir qara qəpiyini də həmin ailəyə verməyib. JAM.AZ bildirir ki, icra başçısının pulları mənimsəməsi səbəbindən dördəmlərin valideynləri bugün də sıxıntı içində yaşayırlar. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 



Вернуться назад