Главная > Kriminal > Meksikalı kovboy silahlı qarətin qarşısını aldı – VİDEO

Meksikalı kovboy silahlı qarətin qarşısını aldı – VİDEO


26-04-2018, 12:11.

            Meksikalı kovboy silahlı qarətin qarşısını aldı – VİDEO

 

Meksikanın Monterey şəhərində kovboy papağında olan yaşlı müştəri super-marketin kassasını yarmağa çalışan silahlı oğrunu zərərsizləşdirib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, dükanın təhlükəsizlik kamerasının obyektivinə düşmüş insident aprelin 23-də baş verib.

Gənc oğrunun bir anlıq üzünü kənara çevirməsindən istifadə edən yaşlı müştəri çevik hərəkətlə arxadan qollarını tutaraq,onu tapançanı yerə atmağa məcbur edib.

Dükanın işçisinin köməkliyi ilə oğrunun aradan çıxmasına imkan verilməyib və polis hadisə yerinə gələrək cinayətkarı həbs edib.

 




Вернуться назад