Главная > Dünya > Paşinyan Ermənistandakı sürücülərə çağırış etdi -“Hərəkəti dayandırın!”

Paşinyan Ermənistandakı sürücülərə çağırış etdi -“Hərəkəti dayandırın!”


26-04-2018, 14:42.

               Paşinyan Ermənistandakı sürücülərə çağırış etdi -"Hərəkəti dayandırın!”

 

Ermənistan paytaxtında keçirilən etiraz aksiyaları müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə davam edir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 26 aprel aksiyası İrəvanın "Lambada” körpüsü yaxınlığından start götürüb.

Paşinyan ölkədəki bütün sürücülərə xitabən onları yerli vaxtla saat 12.05-də avtomobillərini saxlayaraq 20 dəqiqə ərzində Ermənistan ərazisindəki yollarda hərəkəti iflic etməyə çağırıb. N.Paşinyan 80-ə yaxın yük maşınının da yolları kəsmək üçün hazır saxlandığını elan edib. O, hər kəsi saat 19.00-da İrəvanın Azadlıq meydanında keçiriləcək növbəti mitinqə dəvət edib. Müxalifət lideri deyib ki, müvəqqəti hökumətdə baş nazir təyin edilənədək aksiyalar davam edəcək.

 


Вернуться назад