Главная > Hadisə > Ağsuda şagird məktəbin bufetində qidadan zəhərlənib

Ağsuda şagird məktəbin bufetində qidadan zəhərlənib


26-04-2018, 11:05.

                  Ağsuda şagird məktəbin bufetində qidadan zəhərlənib

 

Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад