Главная > Araşdırma > Yeni tədqiqat içkinin hansı fəsadlarını üzə çıxarıb?

Yeni tədqiqat içkinin hansı fəsadlarını üzə çıxarıb?


25-04-2018, 14:19.

                  Yeni tədqiqat içkinin hansı fəsadlarını üzə çıxarıb?

 

Alkoqol bir sıra damaq, xərçəng və ürək-damar xəstəlikləri riskini artırır. Novator.az-ın məlumatına görə, ABŞ-ın Nyu-York Universitetinin bir qrup aliminin bununla bağlı tədqiqatının nəticələri "Microbiome” jurnalında dərc olunub.

Amerikalı alimlər 55-78 yaşlı 1044 nəfərin ağız boşluğunun mikroflorasından (müxtəlif növ mikroorqanizmlərin birləşməsi) nümunələr götürüblər. Tədqiqat zamanı spirtli içki qəbul etməyən 270, arabir içən 614, daim alkoqollu içki qəbul edən 160 insanın göstəriciləri müqayisə olunub.

Mütəxəssislər spirtli içki qəbul edən adamların mikroflorasında dəyişikliyi və orqanizmdə "Bacteroidales”,"Actinomyces”, "Neisseria” kimi bakteriyaların çoxalması faktını üzə çıxarıblar.

"Bacteroidales” bakteriyası iltihab, irinli yara əmələ gətirir və bədxassəli şişlərin inkişafına səbəb olur.

"Actinomyces” göbələk və ürəkdaxili hüceyrələrin iltihabı xəstəliklərinə yol açan bakteriyadır.

"Neisseria” bakteriyası zöhrəvi xəstəliklərin yaranmasına, onurğa və beyin hüceyrələrinin iltihabına səbəb olur.

Alimlər bildirirlər ki, alkoqol orqanizmə faydalı bakteriyaların miqdarının azalmasına səbəb olduğu üçün ağız boşluğu və həzm orqanlarında xərçəng yarada bilər.

 


Вернуться назад