Главная > Ümumi > Vüsal Novruzov bahalı maşınlara necə sahib çıxıb?-ARAŞDIRMA

Vüsal Novruzov bahalı maşınlara necə sahib çıxıb?-ARAŞDIRMA


7-02-2016, 20:21.

Son günlər məmurlar və onların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı yazılar ölkə mediasının baş manşetinə çevrilib. Ajantv.com xəbər verir ki, bir çox hallarda yüksəkçinli vəzifə sahibiləri, heç də ərkəsöyün məmur övladlarından geri qalmlmır.

Və onlar, dəyəri milyonları keçən avtomobil kolleksiyalarını tikdirdikləri villaların qarajlarında saxlayırlar. Belə, məmurlar arasında ilk yerləri tutan FH-nin vəzifəli şəxsləri və ya fövqəlnazirin himayəsində olan yüksəkçinli monopolistlərdir.

Elə bizimdə söhbət açacağımız məmur şəxs də bu qəbildəndir. Hökümətdəki qaynaqlardan ötrülən məlumata görə, həyat tərzini qumarxanalarda və dəbdəbəli məkanlarda keçirən, Kamaləddin Heydərovun ailə biznesini belə idarə edən general Vüsal Novruzov da avtomobil kolleksiyası ilə məşğul olan məmur-oliqarxlar sırasındadı. Beləki, mənbənin iddiasına görə, generalın nə az, nə çox 72 ədəd bahalı, son model avtomobilləri var ki, onlardan özünə kolleksiya düzəldib.

-Aston Martin One-77" – qiyməti 1 milyon 700 min dollar

-Bugatti Veyron avtomobilin qiyməti 2,6 milyon dollar

-Koenigsegg Agera – Qiyməti: $1.5 Milyon

-Ferrari F70 – Qiyməti: $870,000

-Rolls-Royce Phantom Drophead Coupe – Qiyməti: $ 447,000

-MERCEDES S600 MAYBACH -Qiyməti: eur 265,550

Və sairə. Bu sıralamanı daha çox artırmaq mümkündür. Məlumta görə, Vüsal Növruzovun sahib olduğu, milyonluq avtomobillər, dövlətə kələk gələrək, həm gömrükdən yığdığı, həm də afşar pullardan əldə etdiyi sərvət hesab etmək olar. Olkəni bu ağır günündə, bahalaşma və devalvasiyanın diktə etdiyi günümüzdə belə vəzifə sahiblərinin oliqraxa çevrilib höküm sahibi olması, hazırki iqtidara təhtiddən başqa bir anlam daşımır

. Çünki ölkə başçısının son vaxtlar bu kimi məmurlara və övladlarına yönəlik sərt tənqidlərindən də görünür hələ bir çoxları nəticə çıxarmağa tələsmir. Ajantv.com-un apardığı araşdırmalar zamanı oda məlum olub ki, belə məmurlar ölkədə yüzlərlədi. Görünən odur ki, bahalaşma və devalvasiyadan yaranan məmurlar sırasında Vüsal Novruzovda var....

Qeyd edək ki, gömrük genaralının bahalı son model avtomobilləri arasında - Lanbargini, Fort, Bugatti, Ferrari, Posher, Audi, Mersedess, Pogani və digər çeşidli maşınlar yer alır. Mənbənin iddiasına görə, həmin bahalı avtomobillərdən birini cənab Növruzov, nazirlərimizdən birinin oğluna hədiyyə edib....

Uluyol.info

 


Вернуться назад