Главная > Aktual > Sergey Şoyqudan İŞİD-lə bağlı sensasion xəbərdarlıq...

Sergey Şoyqudan İŞİD-lə bağlı sensasion xəbərdarlıq...


24-04-2018, 13:43.

          Sergey Şoyqudan İŞİD-lə bağlı sensasion xəbərdarlıq...

 

Suriya və İraqdan çıxarılandan sonra İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya köçürülüb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

"Suriya və İraqdan çıxarılan İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya yerləşdirilir. Orada yeni terror hücrələri yaradılır”, - Şoyqu bu sözləri ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələri müdafiə nazirlərinin görüşündə deyib.

O qeyd edib ki, terrorçular tez-tez müasir silahlardan, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edirlər.

"Terrorçuların Suriyada istifadə etdiyi PUA-lar 100 kilometr məsafədən idarə edilə bilir. İnkişaf etmiş ölkələrin texniki yardımı olmadan onların yaradılması mümkün deyil. İnsanların sıx məskunlaşmış ərazilərində bu cür silahlardan istifadə fəlakətə səbəb ola bilər”, - Şoyqu bildirib.

 


Вернуться назад