Главная > GÜNDƏM > “Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

“Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan


24-04-2018, 14:21.

            "Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

 

"Xalq bu məsuliyyəti boynuma qoyarsa, Ermənistan baş naziri vəzifəsinə namizəd olmaqdan imtina etmərəm”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İrəvanda etiraz aksiyalarının təşkilatçısı, "Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan çıxış edib.

"Xalq bu məsuliyyəti qoyarsa, mən imtina etməyəcəm” – Paşinyan belə deyib.

Onun fikrinə görə, hakimiyyət artıq xalqın əlindədir, müqavimət faydasızdır.

Xatırladaq ki, dünən Ermənistan baş naziri Serj Sarkisyan Paşinyanın haqlı olduğunu etiraf edərək tutduğu vəzifədən istefa vermişdi.

 


Вернуться назад