Главная > Siyasət > ABŞ Senatının Komitəsi Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatının Komitəsi Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib


24-04-2018, 08:32.

           ABŞ Senatının Komitəsi Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

 

ABŞ Senatının xarici əlaqələr komitəsi Mayk Pompeonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, həftənin sonunadək M.Pompeonun namizədliyi Senatın ümumi heyəti tərəfindən səsverməyə çıxarılacaq.

 

Martın 13-də prezident D. Tramp Reks Tillersonu istefaya göndərərək dövlət katibi vəzifəsinə M. Pompeonun namizədliyini irəli sürüb.

 

Hazırda müvvəqəti olaraq ABŞ-ın dövlət katibi səlahiyyətlərini Con Sallivan icra edir.

 


Вернуться назад