Главная > Dünya / Kriminal > Terrorçu özünü məsciddə partlatdı: 2 ölü

Terrorçu özünü məsciddə partlatdı: 2 ölü


26-10-2015, 22:58.

Səudiyyə Ərəbistanın Nəcran şəhərində terrorçu-kamikadze məsciddə özünü partladıb,

 

APA-nın xəbərinə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

 

Məlumata əsasən, nəticədə azı 2 nəfər ölüb. Xəsarət alanların sayı dəqiqləşdirilir.

 

Hələ ki partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

 

Qeyd edək ki, Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir. (APA TV)


Вернуться назад