Главная > Baş Xəbər > Qazaxıstan ABŞ hərbçilərini Xəzərə buraxdı

Qazaxıstan ABŞ hərbçilərini Xəzərə buraxdı


21-04-2018, 09:06.

                 Qazaxıstan ABŞ hərbçilərini Xəzərə buraxdı  

 

Qazaxıstan senatı Xəzər dənizindəki Aktau və Kurık limanlarından Amerika hərbi yükünün Əfqanıstana daşınması məqsədilə ABŞ-ın istifadə etməsinə icazə verən sazişi ratifikasiya edib.

Virtualaz.org bildirir ki, bu barədə "Vestnik Kafkaza” məlumat yayıb.

Məlumata görə, Qazaxıstan marşrutu, ABŞ-ın təchizat xəttinin keçdiyi Pakistanda vəziyyətin qeyri-sabit olması ilə əlaqədar seçilib.

Bu barədə müvafiq protokol hələ 21 sentyabr 2017-ci ildə Nyu-Yorkda imzalanıb. Aktau limanından yüklərin daşınması üçün tranzit məntəqə qismində istifadə ilə bağlı ABŞ və Qazaxıstan hökumətləri arasında danışıqlar isə 2013-cü ildən aparılıb.

 


Вернуться назад