Главная > Ümumi > Yaponiya Müdafiə Nazirliyi: KXDR-in yeni kursu “qənaətbəxş deyil”

Yaponiya Müdafiə Nazirliyi: KXDR-in yeni kursu “qənaətbəxş deyil”


21-04-2018, 09:34.

               Yaponiya Müdafiə Nazirliyi: KXDR-in yeni kursu "qənaətbəxş deyil”

 

Yaponiyanın müdafiə naziri İçunori Onodera bildirib ki, KXDR-ın nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılmasını dayandırması haqqında bəyanatı "qənaətbəxş deyil”. Yaponiyalı nazir Pxenyana təzyiqlərin azaldılmamasını zəruri hesab etdiyini bildirib.

AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

"KXDR-ın bəyanatı qənaətbəxş deyil. Xüsusilə, Yaponiya üçün bəyanatda nə orta və kiçik mənzilli ballistik raketlərdən, nə də nüvə silahlanmasından imtina qeyd edilib. Bu kifayət deyil”, - deyə hazırda Vaşinqtonda səfərdə olan yaponiyalı nazir İçunori Onodera bildirib.

 


Вернуться назад