Главная > Region > Qəbələ məmurları haqda şok: İcra başçısının 1700 manatlıq şərabı və…

Qəbələ məmurları haqda şok: İcra başçısının 1700 manatlıq şərabı və…


6-02-2016, 19:25.

bitmap-img6

Son günlər Qəbələ rayonu haqqında bir sıra problemləri əks elətdirən yazılar dərc edirik

 


Qəbələ rayonunda insanlar daha məmur özbaşnalığına dözmək istəmirlər. 

Uzun illər ölkə ictimaiyyəindən gizli saxlanılmış məsələlər artıq sürətlə KİV-ə yol tapıb və dərc etdiyimiz yazılardan ruhlanan Qəbələ sakinləri cumhuriyyet.net-in elektron poçtumuza yeni mövzuları əks elətdirən informasiyalar göndərirlər. Bir sözlə, Qəbələ rayonunun yüksək inkişafı barəsində uzun illər aparılmış təbliğat deyəsən ifşa olunmaqdadır. Artıq ölkə insanı yaxşı bilir ki,burada yalnız imkanlı şəxslər yaxud vəzifə başında olan məmurlar lüks şəkildə yaşayırlar.

 Bununla bağlı cumhuriyyət.az-in elektron poçtuna daxil olmuş növbəti məktubda şəhər sakini olan sabiq məmurun yazdıqlarını olduğu kimi diqqətinizə çatdırırıq:

"Yazılarını həvəslə oxuyuruq. Rayonun mətbuatla maraqlanan aktiv sakinləri bütün günü söhbətlərində yazdıqlarınızı müzakirə edirlər. Bu yazılar icra başçısı Səbuhi Abdullayev başda olmaqla onun aparatını bərk narahat edir. Çünki yuxarılar bərk şəkildə tapşırıblar ki, rayonla bağlı hər hansı neqativ xəbər kiv-lərə çıxmasın. Sizin rayondakı problemlərlə bağlı yazdıqlarınıza bir əlavəni də mən etmək istərdim. Bəli, düz yazmısınız ki, axşama kimi çayxanalarda domino oynayan, çörək almağa pulu olmayanlar vəzifəyə keçən kimi qudururlar, adamlara yuxarıdan aşağı baxırlar.

 Yazırsınız ki, rayonda məmur özbaşnalığı,büdcənin talan olunması prosesi gedir. Düzdür. Mən bu barədə bir neçə qısa qeyd etmək istəyirəm və inanıram ki, məktub vasitəsi ilə göndərdiklərimi dərc edəcəksiniz.
Qəbələ şəhər icra nümayəndəliyinin sədri Ramin Əliyev deyilən şəxsdir. Bu adamı rayonda hər kəs yaxşı tanıyır. Ramin Əliyev dörd-beş il bundan öncəyə qədər qarşısına çıxan hər bir adamdan ştuçnu siqaret istəyirdi. Bu adam bütün günü rayon mərkəzindəki çayxanalarda domino oynayırdı. Onun əlindən çayxanaya getmək istəmirdik. Çatan kimi "bəlkə bir siqaretin olar” deyərək ağız açırdı. Ramin Əliyevin sənəti krosnu antenası quraşdırmaq idi. İşini səhlənkar gördüyünə görə çox adam daha ona iş gördürmürdü. Buna görə də boş-bekar küçələrdə,çayxanalarda gün keçirməklə məşğul idi. Sonradan bu adam imkan taparaq FHN-ə işə düzəldi. Az müddət keçdikdən sonra FHN-nin rəisi Səbuhi Abdullayev Qəbələ rayon icra hakimiyyətinə başçı təyin olundu. Səbuhi Abdullayev Ramin Əliyevi şəhər icra nümayəndəliyinə sədr təyin etdi. Ramin Əliyev işə keçən kimi çox az vaxtda "dörd göz mersedes” aldı. O, gündən sonra Ramin Əliyev daha heç kimə salam vermədi. Bu adam günü-gündən şişməyə, əsassız şəkildə varlanmağa başladı. Hətta iş o yerə çatdı ki, bu adam özünü olduğundan böyük görməyə başladı. Hazırda Ramin Əliyev o dərəcədə harınlayıb ki ,küçə ilə gedəndə bir də görürsən ki,maşını saxlayaraq rayon mərkəzində deyib-gülən uşaqların,cavanların və sair insanların üstünə qışqırır ki,yavaş danışın,nə yığılmışsınız,dağılın.  Bu işinə görə Səbuhi Abdullayevi bağışlamaq olmaz. Mən bunu belə yazmaqla demək istəmirəm ki, Səbuhi Abdullayev pir-peyğəmbər övladıdır.  Mən uzun müddət vəzifədə çalışmışam,sonralar vuruldum. Məhz düz sözü üzə dediyim üçün məni ustalıqla vurdular. Sizə bir faktı deyim ictimailəşdirin. Rayon ərazisində Qafqaz sport hoteli var. İcra başçısı Səbuhi Abdullayev burada on səkkizinci (18)-ci əsrdə hazırlanmış, qiyməti 1700 manat olan çaxır içir. Büdcənin anasını ağladan Səbuhi Abdullayev hər ay bütün idarə-müəssisə rəhbərlərindən, hətta rayondakı uşaq bağçalarından da haqq yığdırır. Təsəvvür etmək çətin olsa da bu belədir. Vəzifə başında olan adamın yerini başqasına satır. Bir də eşidirsən ki,işdən azadsan. Çünki o vəzifədə gözü olan var və başçının istədiyi rüşvəti verir”.

Вернуться назад