Главная > Hadisə > Bakıda bıçaqlanma olub

Bakıda bıçaqlanma olub


20-04-2018, 08:41.

                              Bakıda bıçaqlanma olub

 

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsindəki "Madera" mebel evinin arxasında 1987-ci il təvəllüdlü Mirzəyev Ramin Azad oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun qarnının ön divarına iki bıçaq zərbəsi vurulub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Вернуться назад