Главная > İdman > Qurbanov, Qriqorçuk və Abbasov irəlilədi - Dünya reytinqi

Qurbanov, Qriqorçuk və Abbasov irəlilədi - Dünya reytinqi


20-04-2018, 08:22.

                 Qurbanov, Qriqorçuk və Abbasov irəlilədi -Dünya reytinqi

 

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın verdiyi məlumata görə, siyahıda Azərbaycandan üç məşqçinın adı yer alıb.

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. Millimizin və "Qarabağ”ın baş məşqçisi 1169 xalla 472-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 11 pillə irəliləyib.

Siyahıda yer alan digər azərbaycanlı məşqçi isə "Zirə”nin çalışdırıcıs Ayxan Abbasovdur. O, 217 xalla 972-ci pillədə yer alıb.

"Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 255 xalla 926-ci sırada qərarlaşıb. Ayxan Abbasov 10, Roman Qriqorçuk isə 5 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ "Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu "Barselona”nın çalışdırıcısı Ernesto Valverde və "Qremio”nun baş məşqçisi Renato Qauço izləyir.

 


Вернуться назад