Главная > Baş Xəbər > Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsəri Londonda nəşr edildi

Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsəri Londonda nəşr edildi


19-04-2018, 16:19.

        Rəsulzadənin "Əsrimizin Siyavuşu” əsəri Londonda nəşr edildi

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı və Müsavat Partiyasının keçmiş başqanı Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda milli hərəkatın tarixinə həsr etdiyi "Əsrimizin Siyavuşu” əsəri Londonda nəşr edilib.

Müsavat Partiyasından verilən məlumata görə, Cümhuriyyətin 100 illiyi münasibəti Rossendal Books nəşriyyatında çap edilən bu əsər Avropanın bütün ölkələrində satışa çıxarılacaq.

Kitab professor Almaz Əliqızının öz sözü və onun maliyyə dəstəyi ilə nəşr edilib.

Qeyd edək ki, M.Ə.Rəsulzadə "Əsrimizin Siyavuşu” əsərini 1920-ci ildə Azərbaycanın müstəqilliyi süquta uğradıqdan sonra İsmayıllının Lahıc kəndində qaldığı dövrdə yazıb.

 

 


Вернуться назад