Главная > Dünya > Ermənistan müxalifəti yenidən İrəvanın küçələrini, metro stansiyalarının girişini bağlayacaq

Ermənistan müxalifəti yenidən İrəvanın küçələrini, metro stansiyalarının girişini bağlayacaq


19-04-2018, 23:43.

       Ermənistan müxalifəti yenidən İrəvanın küçələrini, metro stansiyalarının girişini bağlayacaq

 

Ermənistanın "Mənim Addımım" təşkilatı sabah Yerevanda küçələrin total miqyasda bağlanması aksiyasını yeniləyəcək.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxtdakı "Republika" meydanında keçirilən mitinqdə müxalifətçi deputat Nikol Paşinyan bildirib.

O, əlavə edib ki, aksiyaçılar həmçinin paytaxtdakı metro stansiyalarının girişini də bağlayacaqlar. Paşinyanın sözlərinə görə, aksiya yerli vaxtla saat 08:15-də Nor Nork, Nork-Maraş, Erebuni, Şenqavit, Malatiya-Sebastiya, Açapnyak, Komitas, Şeqavit, həmçinin digər rayonlarda başlayacaq.

"Bu dəfə yük avtomobillərinin sürücülərinə müraciət etmək istəyirəm. Sabahı yük avtomobilləri günü elan edirəm", - deyə Paşinyan bildirərək, sürücüləri onlara qoşulmağa çağırıb.

Aksiya rəhbəri sabah harda olacağını bildirməyib. Lakin qeyd edib ki, küçələrin bağlanmasında daha yaxından iştirak edənlərə qoşulacaq.

Mitinq iştirakçıları ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir təyinatına etiraz edirlər.

 


Вернуться назад