Главная > Cəmiyyət > Azərbaycan Ordusu desantçıxarma əməliyyatları üzrə taktiki-xüsusi təlim keçirib - FOTOLAR

Azərbaycan Ordusu desantçıxarma əməliyyatları üzrə taktiki-xüsusi təlim keçirib - FOTOLAR


19-04-2018, 20:46.

      Azərbaycan Ordusu desantçıxarma əməliyyatları üzrə taktiki-xüsusi təlim keçirib - FOTOLAR

 

Müdafiə Nazirliyi tabeliyində olan hərbi hissədə desantçıxarma əməliyyatlarının naviqasiya-hidroqrafik, hidrometeoroloji və topogeodeziya təminatı mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Nazirliyin saytında bildirilir ki, təlimdə tədqiqat qruplarının formalaşdırılması, əməliyyat keçiriləcək əraziyə çıxışı və desantçıxarma əməliyyatlarının keçiriləcəyi ərazilərdə dərinlikölçmə və geodeziya ölçmələri icra edilib.

Hərbi hissə komandanlığı təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

 


Вернуться назад