Главная > Siyasət > İranın xarici işlər naziri ABŞ-a səfər edəcək

İranın xarici işlər naziri ABŞ-a səfər edəcək


18-04-2018, 12:21.

             İranın xarici işlər naziri ABŞ-a səfər edəcək

 

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 19-da ABŞ-a səfərə gedəcək.

"Report” İran KİV-inə istinadən xəbər verir ki, onu səfərdə müavinləri müşaiyət edəcək.

Bildirilib ki, M.Zərif Nyu-Yorkda BMT-nin təşkil etdiyi sülh toplantısına qatılacaq. Eyni zamanda ABŞ-ın Xarici Əlaqələr Şurasında məruz ilə çıxış edəcək. Bu şura 100 ilə yaxındır fəaliyyət göstərir. ABŞ-ın keçmiş dövlət katibləri, bankçıları, hüquq və mətbuat sahəsində tanınmış şəxsiyyətləri bu qurumun üzvləridir.

İran xarici işlər nazirinin ABŞ-a səfəri 6 gün sürəcək. Onun BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşü planlaşdırılıb. Görüşdə Qərb ölkələri ilə İran arasında Tehranın nüvə proqramına dair imzalanan razılaşma, Yəmən və Suriyadakı vəziyyət müzakirə ediləcək.

 


Вернуться назад