Главная > Kriminal > Saatlıda 55 yaşlı velosipedçini avtomobil vurub

Saatlıda 55 yaşlı velosipedçini avtomobil vurub


18-04-2018, 08:42.

             Saatlıda 55 yaşlı velosipedçini avtomobil vurub

 

Saatlı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb.

Kənd sakini,1963-cü il təvəllüdlü Məmmədov Habil Əlican oğlu velosipedlə hərəkətdə olarkən yoldan keçən avtomobil onu vurub və hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад