Главная > GÜNDƏM > İrəvanda aksiyaçılar geri çəkilmir

İrəvanda aksiyaçılar geri çəkilmir


18-04-2018, 11:20.

                İrəvanda aksiyaçılar geri çəkilmir

 

Ermənistanın paytaxtı Yerevanda Serj Sərkisyana qarşı aksiyalar davam edir. Novator.az-ın məlumatına görə, aprelin 18-i tezdən Fransa meydanında toplaşan aksiyaçılar baş nazirin iqamətgahına yol alıblar. İqamətgahın önündə onların qarşısını polis kordonu kəsib.

2008-ci ildən 2018-ci il aprelin 9-dək Ermənistan prezidenti olmuş Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub. Aprelin 9-da tam qüvvəyə minmiş yeni konstitusiyaya görə, Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanı, baş nazir dövlət idarəçiliyinə ümumi rəhbərliyi həyata keçirən ali vəzifəli şəxsdir.

Serj Sərkisyanın hakimiyyətinin uzanmasını istəməyən müxaliflər parlamentdə 9 deputatla təmsil olunan "Çıxış” blokunun təşəbbüsü ilə aprelin 13-dən Yerevanda aksiyalar keçirir. Aksiyalara Vətəndaş Sazişi Partiyasının sədri, "Çıxış” blokunun lideri Nikol Paşinyan başçılıq edir.

 


Вернуться назад