Главная > İdman > İnyesta Çin klubu ilə müqavilə bağlayıb?

İnyesta Çin klubu ilə müqavilə bağlayıb?


12-04-2018, 17:19.

            İnyesta Çin klubu ilə müqavilə bağlayıb?    

 

"Barselona"nın kapitanı Andres İnyesta Çin klubuna keçməyə yaxındır.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi "Tyantszin Tsyuantsyan” klubu ilə 3 illik müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, tərəflər anlaşmanı daha bir illiyinə uzada bilərlər. İspaniya millisinin üzvü ilinə 37 milyon avro qazanacaq.

Qeyd edək ki, İnyesta Çempionlar Liqasının 1/4 finalının "Roma” ilə cavab oyunundan sonra verdiyi açıqlamada "Barsa"dan ayrılacağına işarə etmişdi.

 


Вернуться назад