Главная > Ümumi > Donald Trampın reytinqi yüksəlib

Donald Trampın reytinqi yüksəlib


3-04-2018, 08:58.

                 Donald Trampın reytinqi yüksəlib  

 

ABŞ prezidenti Donald Trampın reytinqi yüksəlib.

 

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu "Rasmussen reports” şirkətinin keçirdiyi rəy sorğusu göstərib.

 

Sorğunun nəticələrinə əsasən, respondentlərin 50%-i ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib. Bununla Tramp sabiq prezident Barak Obamanın analoji dövr üzrə göstəricilərini üstələyib. Belə ki, 2010-cu ildə B.Obamaya dəstək reytinqi 46 faiz təşkil edib.

 


Вернуться назад