Главная > Hadisə > ABŞ-da 50 turist zəhərlənib

ABŞ-da 50 turist zəhərlənib


2-04-2018, 20:41.

              ABŞ-da 50 turist zəhərlənib 

 

ABŞ-ın paytaxtı Vaşinqtonun mərkəzində, təxminən, 50 yeniyetmə turist qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Kolumbiya dairəsinin yanğınsöndürmə xidməti və təcili tibbi yardım departamentindən verilən məlumata görə, Vaşinqtondakı "Harrington" hotelində baş vermiş hadisə nəticəsində 48 yeniyetmə və 3 böyük insan xəstəxanaya çatdırılıb.

Yerli KİV isə bəzi xəstələrin zəhərlənmənin ilk əlamətlərini hələ ABŞ paytaxtına gəlməmişdən əvvəl Nyu-Yorkda hiss etdiyini yazıb.

Vaşinqtonda turistlər Ağ Evdən beş məhəllə uzaqlıqda olan "Harrington" hoteldə məskunlaşıblar. Turistlərin ABŞ-a Londondan gəldiyi ehtimal olunur.

 


Вернуться назад