Главная > Mövqe > Lavrov: "İngiltərə və ABŞ mədəniyyət qaydalarını unudub"

Lavrov: "İngiltərə və ABŞ mədəniyyət qaydalarını unudub"


2-04-2018, 19:39.

              Lavrov: "İngiltərə və ABŞ mədəniyyət qaydalarını unudub"

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və qərb ölkələri arasında gərginliklə bağlı danışıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərb ölkələrinin son addımlarına münasibət bildirən Lavrov "Soyuq Müharibənin belə öz qanunları var. İngiltərə və ABŞ mədəniyyət qaydalarını unudub. Qərb ölkələri uşaq oyunu istəyir, vəziyyətin pisləşməsi onlardan asılıdır. "Brexit" prosesi ilə çətin vəziyyətə düşən Böyük Britaniya son hadisələrdən öz mənfəəti üçün istifadə edə bilər" deyib.

Qeyd edək ki, sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripal İngiltərədə zəhərlənib. Qərb ölkələri bu addımda Rusiyanı ittiham edir. Bu günə qədər 100-dən çox rus diplomat qərb ölklərindən qovulub. Rusiya da sanksiyalara qoşulan dövlətlərə qarşı oxşar addımı atır.

 


Вернуться назад