Главная > Ümumi > Prezident bu şəxslərə "Şöhrət" ordeni verdi

Prezident bu şəxslərə "Şöhrət" ordeni verdi


2-04-2018, 18:20.

                Prezident bu şəxslərə "Şöhrət" ordeni verdi

 

Prezident İlham Əliyev Mövlud Süleyman oğlu Balakişiyevin (Mövlud Süleymanlı) təltif edilməsi haqqındasərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) "Şöhrət” ordeni ilə təltif edilib.

 

Prezidentin növbəti sərəncamı ilə Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə Tahir İdris oğlu Əmiraslanov "Şöhrət” ordeni ilə təltif edilib.

 


Вернуться назад