Главная > Dünya > "Taliban" Əfqanıstanda İŞİD-ə müharibə elan edib

"Taliban" Əfqanıstanda İŞİD-ə müharibə elan edib


2-04-2018, 16:40.

            "Taliban" Əfqanıstanda İŞİD-ə müharibə elan edib   

 

Əfqanıstanın radikal "Taliban" hərəkatı İŞİD terror qruplaşmasına müharibə elan edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hərəkatın yaydığı bəyanatda İŞİD-in Əfqanıstanda sünnilər, şiələr və ismaililərin birliyini pozan, İslamı dünyada gözdən salan, kin və nifaq toxumları səpən dindən üzdöndərənlərin, qəddar dinsizlərin və muzdluların qruplaşması olduğu deyilir.

"Taliban" hərəkətı bəyanatında tərəfdaşlarını Əfqanıstanın bütün nöqtələrində İŞİD-çilərə layiqli cavab verməyə və mücahidlərin qisasını almağa çağırıb.

Qeyd edək ki, İŞİD terrorçuları Cauzcan vilayətinin Darzab mahalında 20 əsir mücahidin başını kəsiblər.

 


Вернуться назад