Главная > Siyasət > Kosta-Rikada prezident seçkilərinin ilkin nəticələri məlum oldu

Kosta-Rikada prezident seçkilərinin ilkin nəticələri məlum oldu


2-04-2018, 11:47.

             Kosta-Rikada prezident seçkilərinin ilkin nəticələri məlum oldu

 

Kosta-Rikada ikinci turu aprelin 1-də keçirilən prezident seçkisinin ilkin nəticələri məlum olub.

Trend-in verdiyi xəbərə görə ilk yeri səslərin 60,6%-ni toplayan "Vətəndaş hərəkatı” partiyasından namizəd Karlos Alvarado tutur. Onun ən yaxın rəqibi, deputat Fabrisio Alvarado 39,3 % səs toplaya bilib.

Kosta-Rika prezidenti 4 il müdətinə seçilir.Yeni dövlət başçısı öz səlahiyyətlərinin icrasına may ayında başlayacaq.

 


Вернуться назад