Главная > Ümumi > Türkmənistan prezidentinin oğlu nazir müavini təyin edilib

Türkmənistan prezidentinin oğlu nazir müavini təyin edilib


1-04-2018, 20:12.

              Türkmənistan prezidentinin oğlu nazir müavini təyin edilib

 

Türkmənistan prezidentinin oğlu Sərdar Berdiməhəmmədov bu ölkənin xarici işlər naziri təyin edilib.

Oxu.Az sputnik-tj.com-a istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov fərman imzalayıb.

Sərdar Berdiməhəmmədov 1981-ci ildə anadan olub. O, Türkmənistan Kənd Təsərrüfatı Universitetinin texnologiya mühənsidi fakultəsini bitirib. 2008-2011-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında təhsil alıb və beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. 2011-2013-cü illərdə isə Cenevrədə Təhlükəsizlik Siyasəti Mərkəzində təhsil alıb və Avropa və Beynəlxalq Təhlükəsizliyi üzrə mütəxəssis adına yiyələnib.

Həmçinin prezidentin oğlu martın 25-də keçirilən parlament seçkilərində Milli Məclisə deputat seçilmişdi.

 


Вернуться назад