Главная > Siyasət > Saakaşvilli Ukraynaya qayıtmağa hazırdır

Saakaşvilli Ukraynaya qayıtmağa hazırdır


1-04-2018, 08:43.

               Saakaşvilli Ukraynaya qayıtmağa hazırdır  

 

Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bəyan edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Yaxın zamanda Ukraynaya qayıtmağa hazırlaşdığını deyən Saakaşvili, diaspora üzvləri və ukraynalı tələbələrlə görüşlər keçirdiyini diqqətə çatdırıb.

"Mən bir çox Avropa şəhərlərinə səfər edirəm, müxtəlif insanlarla görüşürəm. Yaxın günlərə bir sıra görüşlər təyin olunub. Bir neçə gündən sonra Avropanın turizm institutlarında təhsil alan ukraynalılardan ibarət böyük qrupla görüşəcəyəm.

Ukrayna diasporunun dəstəyi ilə, Avropanın turizmlə bağlı bir neçə təhsil müəssisəsinin tələbələrini bir araya gətirib, Ukraynada turizmin perspektivləri ilə bağlı seminar keçiririk. Mənim bu sahədə böyük təcrübəm var, çünki Gürcüstanda cəmi 100 min turistlə başlayıb, milyonlarla turistlə bitirmişik”, - deyə Saakaşvili bildirib.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib, 2018-ci ildə isə o, ölkədən çıxarılıb. Ukrayna tərəfinin iddiasına görə, Saakaşvili pasport şöbəsinə sənədlərini verən zaman düzgün məlumatlar təqdim etməyib, Gürcüstanda məhkumluğu ilə bağlı faktı gizlədib.

Saakaşvili sonradan məhkəməyə şikayət etsə də, onun ərizəsinə indiyə kimi baxılmayıb.//virtualaz.org

 


Вернуться назад