Главная > Cəmiyyət > Bu gün şəhid Mənəfov İbrahim Möhsüm oğlunun doğum günüdür

Bu gün şəhid Mənəfov İbrahim Möhsüm oğlunun doğum günüdür


31-03-2018, 14:26.

    Bu gün şəhid Mənəfov İbrahim Möhsüm oğlunun doğum günüdür

Şəhid Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci il martın 31-də Neftçala rayonunda anadan olub. Neftçala rayon N.Gənvəvi adına 3 saylı orta məktəbindən məzun olub, Aviasiya Akademiyasına qəbul olmuşdu.

Şəhidimizin doğum tarixi Dünya Azərbaycanlılarının Soyqırımı gününə, şəhadəti isə 19-20 Yanvara təsadüf etdi. İslam düşüncəsində təsadüf deyilən anlam yoxdur, demək ki, bu da bir hikmət və şəhidin Allah dərgahında olan məqamına nümunədir. Qurani- Kərimdə Bəqərə surəsinin 154-cü ayəsində deyilir: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz".

Şəhidimiz sosial şəbəkə hesabında belə bir paylaşım etmişdi: "Müharibə qaçılmazdır. Hər bir Azərbaycan vətəndaşınında borcudur... Bu borcu özümə Qarabağı eşidəndən bilmişəm və borcumu mütləq qaytarmalıyam. Allah bizi Şəhidliyə Layiq bilsin İnşaallah". Digər bir paylaşımında isə, "Başımız sağ olsun. Allah Şəhidlərimə rəhmət, düşmənlərimizə lənət eləsin. Amin!”-yazırdı.

Rahim İmanov adlı şəxsin şəkli.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud surətdə pozması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Uluyol.az

Вернуться назад