Главная > Aktual > Fevralın 7-dən hava şəraiti kəskin dəyişəcək

Fevralın 7-dən hava şəraiti kəskin dəyişəcək


5-02-2016, 20:42.
Fevralın 7-dən hava şəraiti kəskin dəyişəcək
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Virtualaz.org saytına verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 07-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 09-dək davam edəcək.

Fevralın 07-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 09-u gündüzədək davam edəcək.
Вернуться назад