Главная > İdman > Zidan Ronaldonu heyətdən ÇIXARTDI

Zidan Ronaldonu heyətdən ÇIXARTDI


30-03-2018, 17:35.

               Zidan Ronaldonu heyətdən ÇIXARTDI

"Real” La Liqanın 30-cu turu çərçivəsində qarşılaşacaq "Las Palmas”la oyuna Kriştiano Ronaldosuz gedəcək.

 

Baş məşqçi Zinəddin Zidan ulduz futbolçunu heyətə daxil etməyib.

 

O, Çempionlar Liqasının ¼ finalı çərçivəsində "Yuventus”la baş tutacaq oyuna görə bu addımı atıb. Zidan Ronaldoya bir neçə günlük istirahət verib ki, ÇL-in oyununa daha yaxşı hazırlaşa bilsin.

 

Qeyd edək ki, "Real”-"Las Palmas” oyunu sabah, "Yuventus”-"Real” matçı isə aprelin 3-də baş tutacaq.(publika.az)

 



Вернуться назад