Главная > GÜNDƏM > Rusiya cavab addım atdı - 2 niderlandlı diplomat çıxarılır

Rusiya cavab addım atdı - 2 niderlandlı diplomat çıxarılır


30-03-2018, 16:47.

           Rusiya cavab addım atdı - 2 niderlandlı diplomat çıxarılır

 

İki niderlandlı diplomat Rusiyada çıxarılır. Trend-in məlumatına görə, bu barədə Niderlandın Moskvadakı səfiri Rene Cons-Bos bildirib.

Səfir qeyd edib ki, bu gün Rusiya XİN-ə çağırılan zaman ona Rusiyada iki diplomatın ölkədən çıxarılacağı barədə məlumat verilib:

"Rusiya XİN-də bildirdilər ki, bu, Amsterdamın rusiyalı diplomatlara qarşı görülən tədbirinə cavab olaraq atılmış addımdır".

Səfir əlavə edib: "Mənim iki həmkarım Moskvanı tərk edir. Lakin bizim nümayəndəlik burada qalır".

 


Вернуться назад