Главная > Dünya > ABŞ-ın Texas ştatında atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Texas ştatında atışma olub, ölən və yaralananlar var


29-03-2018, 21:11.

         ABŞ-ın Texas ştatında atışma olub, ölən və yaralananlar var

 

  ABŞ-da atışma olub.

"Report"un məlumatına görə, bu barədə "NBC" telekanalı yerli polisə istinadən xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə Texas ştatında, Plano şəhərində baş verib. Belə ki, naməlum şəxs ətrafdakılara atəş açıb. Nəticədə azı bir nəfər ölüb, daha üç nəfər yaralanıb.

Cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Polis onun axtarışlarına başlayıb. Yaralananların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

 


Вернуться назад