Главная > Sosial > Ödəmə terminalları camaatın pulunu necə “yeyir”?(VİDEO)

Ödəmə terminalları camaatın pulunu necə “yeyir”?(VİDEO)


29-03-2018, 20:34.

            Ödəmə terminalları camaatın pulunu necə "yeyir”? (VİDEO)

Paytaxt sakinlərinin əsas gileylərindən biri də ödəmə terminallarının normal işləməməsidir.

 

Qaynarinfo ARB TV-yə istinadən xəbər verir kii, əksər şikayətçilər qarşılaşdığı bu kimi çətinlikləri sosial şəbəkələrdə paylaşmaqla öz iradlarını da bildirirlər. Bu problem daha çox, ictimai nəqliyyatda istifadə olunan ödəmə kartlarında özünü biruzə verir. Ya ödəniş olunan məbləğ karta köçmür, ya da aparatda texniki problem yaranır.

 

Sakin: "Çox olub, yükləmişəm, çek verib amma köçməyib”.

 

Ödəmə terminallarının istismarını həyata keçirən şirkət belə halların baş verməsinə bir neçə amilin səbəb olduğunu etiraf edir. Şirkət rəsmisi burada vətəndaşların da bir az məsuliyyətli olmasını vacib sayır.

 

Şirkətin rəsmisi Ülviyyə Əfəndiyeva bildirib ki, vətəndaş kartı tez götürdükdə məbləğ tam oturmur: "Texniki problem də ola bilər. Belə problem olduqda məbləğ itirilmir”.

 

Vətəndaş itirdiyini düşündüyü məbləği əldə etmək üçün müştəri xidmətlərinə müraciət etməlidir. İT üzrə mütəxəssis Sadiq Mirzəyev serverlərarası əlaqənin pozulmasının bu kimi itkilərə səbəb ola biləcəyini deyir.

 

Şirkətdən onu da bildiriblər ki, vətəndaşların qarşılaşdığı problemi həll etmək üçün sistemə yenilik də edilib. Bu yeniliklə itirilən məbləği yenidən bərpa etmək olar. Amma əksər vətəndaşlar bundan xəbərsizdir.

 

Ülviyyə Əfəndiyeva: "Biz bunun üşün öz aparatlarımızda bərpa düyməsini əlavə etmişik ki, vətəndaşlar öz kartını yenidən qoyub, həmin düymə vasitəsi ilə öz itirilmiş məbləğini yenidən bərpa etsinlər”.

 

Bu kimi problemlə qarşımamaq üçün sərnişin olaraq biz özümüz də diqqəti əldən verməməliyik. Amma iş icraçıları da öz məsuliyyətlərini unutmamalıdır.

 


Вернуться назад