Главная > Qarabağ > Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir

Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir


29-03-2018, 19:58.

               Raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir

 

Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlər keçirilir.

MN-dən musavat.com-a verilən məlumata görə, poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur. Atışların dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə artilleriya bölmələri müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edirlər.

 


Вернуться назад