Главная > Hadisə > Neftçalada tikinti zamanı beton plitə fəhlələrin üzərinə düşdü: ölən və yaralanan var

Neftçalada tikinti zamanı beton plitə fəhlələrin üzərinə düşdü: ölən və yaralanan var


28-03-2018, 21:42.

         Neftçalada tikinti zamanı beton plitə fəhlələrin üzərinə düşdü: ölən və yaralanan var

 

Neftçala rayonunda istehsalatda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, bu gün saat 15:00 radələrində şəhərin Yalçın Hacıyev küçəsində aparılan söküntü işləri zamanı qaldırıcı kranın trosu qırılıb və beton plitə fəhlələrin üzərinə düşüb.

Plitənin yerə düşməsi nəticəsində orada çalışan fəhlələrdən biri, rayonun 7-ci məhəllə (köhnə Qoltuq kənd) sakini, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu hadisə yerində dünyasını dəyişib, Bankə qəsəbə sakini, 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад