Главная > Aktual > Braziliyanın keçmiş prezidentinin kampaniya avtobusuna atəş açılıb

Braziliyanın keçmiş prezidentinin kampaniya avtobusuna atəş açılıb


28-03-2018, 19:14.

          Braziliyanın keçmiş prezidentinin kampaniya avtobusuna atəş açılıb

 

Braziliyanın hüquq-mühafizə orqanları ölkənin cənubunda kampaniya aparan keçmiş dövlət başçısı Luiz İnasio Silvanın komandasına aid iki avtobusa atəş açanların kimliyini müəyyən etməyə çalışır.

İşçi partiyasının sözçüsü bildirib ki, çərşənbə axşamı baş verən hadisədə ölən və ya yaralanan olmayıb.

Avtobuslar qonaqlar və jurnalistlər üçün nəzərdə tutulmuşdu. Da Silva oktyabr ayında keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırır.

Lakin keçmiş prezidentin korrupsiya ittihamı ilə mühakimə olunduğu üçün onun namizədliyinin ləğv edilə və ya özü həbs oluna bilər ("Amerikanın səsi").

 


Вернуться назад