Главная > İdman > "Zidan mənə güvənmir" - İsko

"Zidan mənə güvənmir" - İsko


28-03-2018, 17:15.

             "Zidan mənə güvənmir" - İsko  

 

İspaniya millisinin futbolçusu İsko het-trik etdiyi Argentina ilə yoxlama oyunundan (6:1) sonra açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o klubu "Real"da ona çox şans verilməməyindən şikayətlənib:

"Real"da bir oyunçu kimi özüməinamım yoxdur. Çünki baş məşqçi mənə güvənmir. Bəlkə də komandaya problem yaradıram. Baş məşqçi mənə güvənəndə nələr edə biləcəyimi milli komandada göstərdim. Ancaq Zidanın etimadını yenidən necə qazanacağımı bilmirəm".

Qeyd edək ki, İskonun yayda "Real"dan ayrıla biləcəyi iddia olunur.

 


Вернуться назад