Главная > İdman > “Real” 3 futbolçunu transferə çıxarır

“Real” 3 futbolçunu transferə çıxarır


28-03-2018, 13:36.

                    "Real” 3 futbolçunu transferə çıxarır

 

Mövsümün sonunda bir neçə transfer həyata keçirməyi planlaşdıran "Real” heyətində də "təmizləmə işləri” aparacaq. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, "kral klubu” yayda vidalaşacağı 3 oyunçunu artıq müəyyənləşdirib.

Belə ki, Madrid təmsilçisi yarımmüdafiəçilər Mateo Kovaçiç, İsko və hücumçu Qaret Beyli transferə çıxarmaq qərarına gəlib. Sonuncunun qiyməti də artıq müəyyənləşib. İspaniya nəhəngi uelsli futbolçunu 100 milyon avroya satacağını bəyan edib.

Qeyd edək ki, İsko və Beyl 2013, Kovaçiç isə 2015-ci ildən "Real”ın formasını geyinir.


Вернуться назад