Главная > GÜNDƏM > Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib

Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib


28-03-2018, 10:32.

            Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

 

MN-dən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Z.Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

 


Вернуться назад