Главная > Mövqe > Kim Çen In şərtlərini açıqladı

Kim Çen In şərtlərini açıqladı


28-03-2018, 09:05.

                  Kim Çen In şərtlərini açıqladı

 

Cənubi Koreya və ABŞ tərəfindən münasib şərait yaradılacağı təqdirdə KXDR Koreya yarımadasının nüvəsizləşdirilməsini həyata keçirəcək.

 

 

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen In Pekində Çin sədri Si Tszinpinlə şəxsi görüşü zamanı bildirib.

 

"Əgər Cənubi Koreya və ABŞ yarımadanın nüvəsizləşdirilməsi istiqamətində səylərimizi pozitiv qarşılayarlarsa, sabitlik və stabillik atmosferi yaradarlarsa, sülhün bərqərar olması üçün ardıcıl və razılaşdırılmış tədbirlər görərlərsə, o zaman Koreya yarımadasının nüvəsizləşdirilməsi problemi də öz həllini tapacaq” – deyə Kim Çen In qeyd edib.

 

Qeyd edək ki, Kim Çen Inın Çinə qeyri-rəsmi səfəri 25-28 mart tarixlərində baş tutub. Bu, Kim Çen Inın Şimali Koreya lideri postunda ilk xarici səfəri olub.

 


Вернуться назад