Главная > Ümumi > Zukerberq ifadə verməkdən imtina etdi

Zukerberq ifadə verməkdən imtina etdi


27-03-2018, 16:36.

                   Zukerberq ifadə verməkdən imtina etdi

"Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq Böyük Britaniya parlamentində "Cambridge Analytica” şirkəti ətrafında baş verən qalmaqalla bağlı çıxış etməyəcək.

İstintaq aparan, parlament komitəsinin başçısı Demyen Kollins iş adamını deputatların suallarını cavablandırmaq üçün dəvət edib.

Amma Zukerberq müavinlərindən birindən xahiş edib ki, vaxt tapıb sualları cavablandırsın.

Zukerberq ABŞ Konqresinin suallarını cavablandırmağa hazır olduğunu bildirsə də, özünün ən yaxşı informasiya mənbəyi olmadığını da qeyd edib. (Ölkə.Az)

 


Вернуться назад