Главная > Mövqe > Edelmandan ilginc təklif: “Türkiyə konsulluqlarını bağlayaq”

Edelmandan ilginc təklif: “Türkiyə konsulluqlarını bağlayaq”


27-03-2018, 13:24.

             Edelmandan ilginc təklif:"Türkiyə konsulluqlarını bağlayaq”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dostlarının əlindəki mediadan istifadə edərək ABŞ düşmənçiliyini alovlandırır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Brukinqs İnstitutunda çıxışı zamanı ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelman deyib.

"ABŞ Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra önəmli müttəfiq adı ilə insan haqları sahəsindəki bir sıra məsələlərə göz yumub. Türkiyənin ABŞ-da çoxlu sayda konsulluğu var. Əgər biz bunlardan birini bağlasaq, Türkiyə və onun prezidentinin ətrafında kifayət qədər güclü problemlər yarana bilər”, – deyə o bildirib.

 


Вернуться назад