Главная > İdman > "Barselona" Umtiti ilə yolları ayırır

"Barselona" Umtiti ilə yolları ayırır


27-03-2018, 08:28.

               "Barselona" Umtiti ilə yolları ayırır

 

"Barselona" futbolçusu Samuel Umtiti ilə yolları ayıra bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu fransalı müdafiəçi ilə yeni müqavilə imzalamaq barədə razılığa gələ bilməyib. S.Umtiti klub rəhbərliyindən komandanın ən çox maaş alan futbolçularından olan Andres İnyesta və Luis Suares qədər qazanmaq istədiyini bildirib.Ancaq klub onun bu istəyini qəbul etməyib.

Umtitinin "Barsa"dan ayrılaraq "Mançester Yunayted"ə transfer ola biləcəyi vurğulanıb.

 


Вернуться назад