Главная > Mövqe > Ukrayna yer üzündən silinməlidir - Boroday

Ukrayna yer üzündən silinməlidir - Boroday


26-03-2018, 15:32.

              Ukrayna yer üzündən silinməlidir - Boroday

 

Donetsk və Luqanskdakı döyüşçülər Ukraynanın mövqelərinə hücum etməyə hazırdırlar.

Axar.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının keçmiş rəhbəri, Donbasdakı separatçıların əsas ideoloqlarından biri olan Aleksandr Boroday bəyanat yayıb.

"Donbasda müharibəyə səbəb olan problem hələ də həll edilməyib. Bu problem davam etdikcə, onun gələcəkdə sülh yolu ilə həll edilməsi imkanları azalacaq. Hərbi yoldan başqa bu konfliktin həlli yoxdur. Ukrayna psevdodövlətdir. Bu dövlət dünya xəritəsindən silinməlidir. Ona görə ki, bu dövlət rusofobdur", - deyə o bildirib.

 


Вернуться назад