Главная > Region > Şəkidə Suvarma Sistemləri İdarəsində 230 min manatlıq talan

Şəkidə Suvarma Sistemləri İdarəsində 230 min manatlıq talan


5-02-2016, 00:52.
Şəkidə Suvarma Sistemləri İdarəsində 230 min manatlıq talan
İdarənin rəisi iki maddə üzrə satınalmalarda bu qədər pula sahib olub

Şəkidə Suvarma Sistemləri İdarəsində daha bir talançılığın üzəri açılıb. Demokratiya.info xəbər verir ki, idarənin rəisi ötən il keçirilən tenderlərdən birində təkcə iki maddə üzrə satınalmalarda 230 min manat vəsaiti mənimsəyib. 

Məlumatda vurğulanır ki, sözügedən idarə ötən il mexanizm və nəqliyyat vasitələrinin istismarı üçün ehtiyat hissələrinin satın alınmasına 98079 manat vəsait xərclədiyini açıqlayıb. «Dinar» firması tərəfindən həyata keçirilən prosesdə həmin məbləğin nəyə və necə xərcləndiyi isə məlum deyil. 

Amma Şəki Suvarma Sistemləri İdarəsinin rəisinin tək işi bu olmayıb. Onun daha bir işi isə əsaslı və cari təmir işləri üçün mal-materialların satın alınması olub ki, bunun üçün də "Zəhmət" firmasının əliylə 130010 manat vəsait silinib. 

Məlumata görə, bu tenderdən sonra idarənin rəisi bir xeyli qabağa düşərək, özünə ev və maşın alıb. Onun övladları üçün də bəzi şeylər düşündüyü deyilir. 

Qarşı tərəfi də dinləməyə hazırıq.
 
 
Uluyol.info

Вернуться назад