Главная > Siyasət > Koreya Respublikası Konstitusiyaya düzəlişlərə hazırlaşır

Koreya Respublikası Konstitusiyaya düzəlişlərə hazırlaşır


26-03-2018, 14:39.

           Koreya Respublikası Konstitusiyaya düzəlişlərə hazırlaşır

 

Koreya Respublikasının prezidenti Mun Ce-in ölkə konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı qanun layihəsini imzalayıb.

AZƏRTAC xəbər verir ki, layihə bir şəxsin iki dəfə dalbadal ölkə prezidenti vəzifəsinə seçilməsinə imkan yaratmağı nəzərdə tutur. Bundan başqa, prezidentlik müddətinin 5 ildən 4 ilə endirilməsi təklif olunur. Qüvvədə olan Konstitusiyaya əsasən, hər bir şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Qanun layihəsi parlamentdə təsdiq olunarsa, konstitusiyaya düzəliş üçün referendum iyunun 13-də yerli seçkilərlə eyni gündə keçiriləcək.

Koreya Respublikasının qüvvədə olan Konstitusiyasına görə, əgər referendumda təklif olunan düzəliş qəbul olunsa belə, bu, indiki prezidentə şamil edilməyəcək.

Qeyd edək ki, 1948-ci ildə qəbul olunan konstitusiyaya sonuncu dəfə 1987-ci ildə düzəliş edilib.

 


Вернуться назад